12:20
(077) 610-22-33

İŞİD-dən rekord göstərici

  • >
1 255 21 Avqust 2014 07:31 | Dünya

Yaxın Şərqi qan gölünə çevirən terror təşkilatının sayında rekord artım baş verib.



Anspress-in məlumatına görə, Suriyada və İraqda bir-birindən dəhşətli cinayət hadisələri törədərək islam adına ləkə gətirən "İslam Dövləti" (İŞİD) adlı terrorçu qruplaşmaya üzv olmaq üçün edilən müraciət son bir ayda ən yüksək həddə çatıb.

Belə ki, Suriya İnsan Haqları müşahidə qrupu çərşənbə axşamı verdiyi açıqlamada, İŞİD-in tərkibinə 6000 yeni üzv daxil olduğu bildirilir. Bu, İŞİD-in yarandığı gündən bəri ən çox göstəricisidir. Bu barədə müşahidə qrupunun sədri Rami Abdurrahman məlumat verib. O, həmçinin 6000 üzvdən 1000 nəfərinin xarici vətəndaş, qalanının isə suriyalı olduğunu vurğulayıb.

Qeyd edək ki, "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının 15 minə yaxın üzvünün olduğu bildirilir.

AzNews.az
Bağla X