16:59
(077) 610-22-33

Ukrayna müdafiə naziri ABŞ-dan hərbi yardım istədi- Rusiyaya görə

  • >
1 182 21 Avqust 2014 09:19 | Dünya

Ukrayna müdafiə naziri Valeriy Qeletey ABŞ müdafiə naziri Çak Xeyqellə telefonla danışıb.



AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, V. Qeletey amerikalı həmkarına Ukraynanın cənub-şərqində rusiyameyilli separatçılar tərəfindən zorakılıq hallarının artmasına diqqəti yönəldib.

Qeletey Pentaqon rəsmisinin diqqətinə çatdırıb ki, Rusiya məhdudiyyət qoymadan Ukraynanın bu bölgəsindəki separatçıları hərbi texnika, silah və sursat təmin edir.

Pentaqon rəhbəri isə öz növbəsində deyib ki, o Ukraynada baş verənlərlə bağlı rusiyalı həmkarı Serqey Şoyqu ilə danışıb.
O, Serqey Şoyqunun diqqətinə çatdırıb ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəddə cəmləşməsi bölgədə gərginlik yaradır və aparılan bütün proseslərdə rəsmi Kiyev iştirak etməlidir.

Nazirlər Ukraynaya hərbi yardımın istiqamətlərini də müzakirə ediblər.

Məhəmməd
AzNews.az
Bağla X