20:38
(077) 610-22-33

“Ukraynadakı separatçılar silahı fərdi şəkildə yerə qoya bilərlər” – ABŞ

  • >
920 22 Avqust 2014 10:46 | Dünya

“Ukrayna tərəf bir müddət əvvəl atəşin dayandırılmasına hazır olduğunu nümayiş etdirdi. Ancaq separatçılar hələ də atəş açmaqda davam edirlər”.

AzNews.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Mari Xarf Ukraynanın Donbas bölgəsindəki vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, humanitar yardım zamanı tərəflər hərbi əməliyyatları dayandırmalıdırlar: "Biz Rusiyadan xahiş etmişdik ki, separatçılara olan təsir imkanlarından istifadə edib, atəşkəsin, sülhün nail olunmasına çalışsın. Ukrayna tərəfi öz növbəsində sülhün əldə olunması üçün addım atıb. Lakin digər tərəf buna əməl etməyib".

M. Xarf əlavə edib ki, separatçılar silahı fərdi şəkildə yerə qoya bilərlər və bununla bağlı BMT-nin qərarı da var.

AzNews.az
Bağla X