Luqansk vilayətində rusiyameyilli separatçılar Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helekopterini vurublar. Luqansk vilayətində rusiyameyilli separatçılar Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helekopterini vurublar.

Ukraynaya məxsus döyüş helekopteri vuruldu - Luqanksda

Luqansk vilayətində rusiyameyilli separatçılar Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helekopterini vurublar.



AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Milli Təhlükəsizlik və Müdafiə Xidməti yayib.

Məlumatda bildirilib ki, helekopterin ekipaj üzvlərinin hamısı həlak olub: "Avqustun 20-də Luqansk vilayətinin Qeortievski rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən, terrorçular tərəfindən Mi-24 helekopteri vurulub".

Qurumdan deyilib ki, hazırda həlak olan ekipaj üzvlərinin tapılaraq, döyüş bölgəsindən çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirilir.

Həlak olanların sayı və kimliyi haqda isə məlumat verilmir.

Məhəmməd
AzNews.az