Qərb Rusiyanı tənqid etdi

Avropa Birliyi Rusiyanı Ukrayna sərhəddini "açıq-aşkar" pozmağa görə kəskin tənqid edib.

ANS PRESS-in məlumatına görə, Birliyin xarici siyasət rəhbəri Katerine Eştonun sözçüsü Sebastien Brabant Rusiyanın öz humanitar yardımını Qızıl Xaç təşkilatının müşayiəti və Kiyevin razılığı olmadan göndərməsini ittiham edib.

Brabant Rusiyaya bildirir ki, Ukraynanın suverenliyinə hörmət edilməlidir.

Qeyd edək ki, Rusiyanın 300-ə yaxın yük maşını bir həftədir ki, Ukrayna sərhəddində Ukraynanın icazəsini gözləyir.

Avqustun 22-də isə onlarla yük maşını Kiyevin icazəsi olmadan gözləmədən şərqi Ukraynaya yola düşüb.

AzNews.az