İŞİD-in 14 şəbəkəsi təslim oldu- saysız ölü və yaralı

İraqın Mosul bölgəsinə aid Mətbuat ərazisində 14 İŞİD qruplaşması kürd peşmərgələrinə təslim olub.

Axar.az İraq Kürdüstan muxtariyyatının "Nerinaazad" xəbər mərkəzinə istinadən xəbər verir ki, bu barədə adını açıqlamayan peşmərgə komandiri deyib. Peşmərgə komandiri təslim olan İŞİD terrorçularını sorğu-suala tutub və onlar şok etiraflar ediblər. Terrorçular təslim olmalarının səbəbini belə izah ediblər:

"Amerika döyüş təyyarələrinin aramsız hava hücumları və bombardmanları nəticəsində Mosula doğru qaçmışıq".

Qeyd edək ki, Mətbuat mahalı adlanan ərazidəki kəndlər avqustun 6-da İŞİD tərəfindən işğal edilmişdi. Peşmərgə güclərinin hücumları və Amerika döyüş təyyarələrinin bombardmanları nəticəsində çox sayda İŞİD üzvü öldürülüb, yüzlərlə yaralı Mosuldakı xəstəxanalara yerləşdirilib. Daha əvvəl İŞİD-in çox sayda ölü və yaralıları Mosul xəstəxanalarında yerləşdirildiyi üçün tibb ocaqlarında yer qalmayıb.

Mosul sakinlərinə öz xəstələrini xəstəxanalara aparmağa icazə vermirlər. Bu səbəblə şəhər camaaatı çox narahatdır və yoluxucu xəstəliklərin yayılmasından qorxur.

AzNews.az