Separatçı “Donetsk Xalq Respublikası” (DXR) Ukraynanın dövlət müstəqilliyi günü – 24 avqustda hərbi əsirlərin iştirakı ilə parad keçirəcək. Separatçı “Donetsk Xalq Respublikası” (DXR) Ukraynanın dövlət müstəqilliyi günü – 24 avqustda hərbi əsirlərin iştirakı ilə parad keçirəcək.

Donetskdə əsirlərin paradı keçiriləcək- Ukraynanın Müstəqillik Günü

Separatçı “Donetsk Xalq Respublikası” (DXR) Ukraynanın dövlət müstəqilliyi günü – 24 avqustda hərbi əsirlərin iştirakı ilə parad keçirəcək.



AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, "DXR" rəhbərliyi xəbəri təsdiqləyib.

Xəbərdə bildirilib ki, parad Donetskin mərkəzi küçələrindən birində keçiriləcək.

Nümayişdə əsirlər "Baxın, sakit faşistlərə" şüari ilə keçid edəcəklər.
Ukrayna hərbi komandanlığı isə separatçıların bu əməlini axmaq addım kimi dəyərləndirərək, nümayişin keçirilməsi əmrinin Moskvadan gəldiyini bildiriblər.

Məhəmməd
AzNews.az