Ukrayna hərbçiləri separatçıların nəzarətində olan daha iki yaşayış məntəqəsini azad edib. Ukrayna hərbçiləri separatçıların nəzarətində olan daha iki yaşayış məntəqəsini azad edib.

Severodonetsk və Popasnı şəhərləri azad edildi – Ukrayna (Video)

Ukrayna hərbçiləri separatçıların nəzarətində olan daha iki yaşayış məntəqəsini azad edib.



AzNews.az-ın məlumatına görə, hökumət qüvvələrinin həyata keçirdikləri əməliyyat nəticəsində ölkənin cənub-şərq bölgəsindəki Severodonetsk və Popasnı şəhərlərindən separatçılar çıxarılıb.
Əməliyyat zamanı hökumət qüvvələri itki verməyib. Mülki əhali arasında da ölən və yaralananlar olmayıb.

Əsas döyüşlər separatçıların qərargahının yerləşdiyi şəhər icra hakimiyyətlərinin alınması zamanı baş verib.

Antiterror əməliyyatının keçirildiyi ərazidə vəziyyət gərgin olaraq qalır. Ordu nümayəndələri separatçıları hücumların mümkünlüyünü deyiblər.

Azad edilən yaşayış məntəqələrində isə təmizləmə işləri davam etdirilir.



Məhəmməd
AzNews.az