04:08
(077) 610-22-33

İran öz ərazisində İsrailə məxsus pilotsuz təyyarəni vurdu

  • >
1 135 25 Avqust 2014 07:49 | Dünya

İranın Sepah Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) İsrailə məxsus pilotsuz təyyarəni İsfahan əyalətində Nətənz nüvə təsisatına yaxın bir ərazidə məhv edib. Bunu İran İslam İnqilabi Mühafizəçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumatında elan edib.

Maide.az-ın Fars agentliyinə istinadən məlumatına görə, Sepah İsrail rejiminin pilotsuz təyyarəsini raketlə vurub.

Məlumatda bildirilir ki, pilotsuz təyyarənin radardan yayına bilmə və gizlənmə qabiliyyəti olub. Həmin təyyarə Nətənz nüvə təsisatının ərazisinə nüfuz etmək istəyirmiş, lakin Sepah-ın HHM Qüvvələri Nətənz ərazisinə girməmişdən öncə pilotsuz təyyarəni vurublar.

İsfahan əyalətində vurulan İsrail rejiminə məxsus pilotsuz təyyarənin bəzi hissələri sağlam qalıb və hazırda onun məlumatları üzərində analiz aparılır. Bunu İran İslam İnqilabi Mühafizəçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin rəhbəri Ramazan Şərif deyib.

Maide.az-ın Fars agentliyinə istinadən məlumatına görə, İsrail rejiminə məxsus təyyarə Qırmızı dəniz və Ərəb ölkələrinin birinin hava sərhədlərindən keçərək iran ərazisinə girib .

İran saytlarının məlumatına görə, ABŞ İsrail pilotsuz təyyarəsinin İran ərazisinə girməsinə peyk texnologiyası ilə yardım edib.

AzNews.az
Bağla X