02:06
(077) 610-22-33

ŞOK: Putinin iqamətgahının qarşısında Ukrayna bayrağı- VİDEO+FOTO

  • >
1 873 25 Avqust 2014 08:56 | Dünya

Rusiya hüquq-mühafizə orqanları ötən gün gücləndirilmiş rejimdə işləyib.



AzNews.az-ın məlumatına görə, 25 avqust - Ukraynanın dövlət müstəqilliyi günü Rusiyanın iri şəhərlərində Kiyevə dəstək aksiyaların keçirilməsinin qarşısını vaxtından əvvəl almaq üçün yüksək hazırlıq vəziyyətinə gətiriliblər.

Bütün tədbirlərə baxmayaraq, polis aksiyaların qarşısını ala bilməyib.

Ötən gün Ukrayna bayrağı Rusiyanın paytaxtı Moskvada Kremilin yaxınlığında yerləşən ən iri körpüyə sancılıb. Polisin müdaxiləsindən sonra isə bayraq oradan çıxarılıb, bunu edənlər isə saxlanılıb.

Sankt-Peterburqda da Ukraynaya dəstək aksiyası keçirilib. Ukraynanın dövlət bayrağı mərkəzi meydanlardan birində dalğalandırılıb.

Bu dəfə bir qrup gənc Rusiyanın qədim paytaxtının Moskva prospektindəki Neva çayı üzərindəki körpüyə Ukrayna bayrağını sancıblar.

Xatırladaq ki, avqustun 20-də Moskvanın mərkəzində Sovet dövrünün göydələnlərindən birinin qülləsinin üzərindəki SSRİ gerbi də Ukrayna bayrağı rəngdə boyanmışdı. Həmçinin həmin yerə Ukrayna bayrağı sancılmışdı.

Bu bina paytaxtın mərkəz hissəsində Moskva çayının yaxınlığında "Kotelniçeski sahili" adlı ərazidə yerləşir.





Məhəmməd
AzNews.az
Bağla X