"Rusiya Ukraynada milli birliyin formalaşmasını hərəkətə gətirən bütün formatlara hazırdır". "Rusiya Ukraynada milli birliyin formalaşmasını hərəkətə gətirən bütün formatlara hazırdır".

Lavrov: “Moskva Ukrayna ilə bütün formatlarda işləməyə hazırdır“

"Rusiya Ukraynada milli birliyin formalaşmasını hərəkətə gətirən bütün formatlara hazırdır".



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN başçısı Sergey Lavrov bu gün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Moskva Ukrayna ilə bütün formatlarda, o cümlədən ikitərəfli və Normandiya formatlarında işləməyə hazırdır.

"Bir şərtlə ki, əldə olunmuş razılıqlar həyata keçirilsin. Ukraynada atəşkəs heç bir ön şərt irəli sürülmədən elan olunmalıdır. Moskva ümid edir ki, Ukrayna münaqişəsi ilə bağlı Cenevrədə əldə olunmuş razılıq yerinə yetiriləcək. Rusiya ukraynalılara öz aralarında razılığa gəlmək barədə kömək etməyə hazırdır", - deyə o vurğulayıb.

AzNews.az