İş adamının qızı atasının qadağasına məhəl qoymadı- Foto

Xəbər verdiyimiz kimi, ötən həftə iş adamı Çingiz Məsudiyəli özündən 40 yaş böyük sevgilisi Əli Ağaoğlu ilə Bodrumda dincələrkən görüntülənən qızı Hazalın evdən çölə çıxmasına qadağa qoymuşdu.


AzNews.az-ın Axşam.az-a istinadən məlumatına görə, H.Məsudiyəli atasının sözünə qulaq asmayaraq Ə.Ağaoğlu ilə görüşməyə davam edir.

Belə ki, 20 yaşlı Hazal Bodrumda barların birində başlarında tac, sevgilisi ilə birlikdə şəkil çəkdirərək İnstaqram səhifəsində yerləşdirib və eşqini elan edib.

Həmin fotonu təqdim edirik.




AzNews.az