04:08
(077) 610-22-33

Lavrov: “Rusiya əlavə sanksiyaların tətbiq olunacağı təqdirdə lazım olan hər şeyi edəcək”

  • >
718 26 Avqust 2014 06:54 | Dünya

Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, Moskva əlavə sanksiyaların tətbiq olunacağı təqdirdə maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcək.



APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, Lavrov bunu "Russia Beyond the Headlines" nəşrinə müsahibəsində deyib.
"Bu bizim seçimimiz deyil, lakin şübhə ola bilməz: Biz maraqlarımızın qorunması üçün lazım olan hər şeyi edəcəyik", deyə XİN rəhbəri vurğulayıb.

Rusiyanın yeni sanksiyalara reaksiyasına dair suala cavab olaraq Lavrov qeyd edib ki, məhz bunun əsasında Rusiya sanksiyaları qəbul etmiş bir neçə ölkələrdən kənd təsərrüfatı və ərzaq mallarının ölkəyə idxalını bir il müddətinə məhdudlaşdırmağa qərar verib.

AzNews.az
Bağla X