Ukraynaya əsir düşən 10 desantla bağlı Rusiya Müdafiə Nazirliyi açıqlma verib. Ukraynaya əsir düşən 10 desantla bağlı Rusiya Müdafiə Nazirliyi açıqlma verib.

Rusiya Müdafiə Nazirliyindən əsir düşən 10 desantla bağlı açıqlama – Foto

Ukraynaya əsir düşən 10 desantla bağlı Rusiya Müdafiə Nazirliyi açıqlma verib.



AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyi bildirib ki, əsir götürülən hərbçilər patrul aparan zaman təsadüfən Ukrayna sərhəddini keçiblər.

Hərbçilər əsir götürülən zaman ukraynalılara müqavimət göstərməyiblər: "Həmin hərbçilər Rusiya-Ukrayna sərhəd zolağında patrul aparıblar. Bu zaman bilməyərəkdən, təsadüfən hərbçilər Ukrayna ərazisinə daxil olublar. Burada isə onları Ukrayna hərbçiləri tutub. Hadisə zamanı heç bir toqquşma olmayıb".

Rusiya Müdafiə Nazirliyi onu da qeyd edib ki, analoji hadisələr Ukrayna hərbçiləri tərəfindən dəfələrlə törədilib. Buna baxmayaraq, Rusiya ukraynalıların sərhədi təsadüfən pozması hallarını qabartmayıb.



Məhəmməd
AzNews.az