13:25
(077) 610-22-33

Obama Suriya səmasında kəşfiyyat uçuşlarına icazə verdi

  • >
1 047 26 Avqust 2014 17:14 | Dünya

ABŞ prezidenti Barak Obama Suriya səmasında kəşfiyyat uçuşlarına icazə verib.

ANS PRESS xəbər evrir ki, Ağ Evdən bu məlumat təsdiqlənib.

Məlumatda ABŞ-ın Suriyaya hərbi müdaxiləsi təsdiqlənməsə də, Suriya ərazisində fıəaliyyət göstərən İraq və Şam İslam dövləti qruplaşmasına qarşı hərbi əməliyyatların keçirilməsinin planlaşdırıldığı bildirilir.

Pentaqon rəsmiləri Suriya və İraqda İŞİD-ə qarşı hərbi müdaxiləni vacib sayırlar.

Bununla belə Suriyada davam edən vətəndaş müharibəsi səbəbindən hərbi müdaxilə edilməsi mürəkkəbləşib.

Belə ki, Ağ Ev ABŞ hərbi müdaxiləsinin Suriyada üç ildir davam edən münaqişəyə səbəb olan prezident Bəşər Əl-Əsədə dəstək kimi qiymətləndirilməsindən ehtiyyatlanır.

AzNews.az
Bağla X