13:27
(077) 610-22-33

“İran bizə hərbi yardım edən ilk ölkə oldu“

  • >
1 190 26 Avqust 2014 19:59 | Dünya

İraq Kürd Regional Rəhbərliyi sədri Məsud Bərzani İranın peşmərgəyə silah yardım etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Məsud Bərzani Ərbildə görüşdükdən sonra ortaq mətbuat konfransı təşkil edib. Bərzani "İran bizə silah köməyi edən ilk ölkə oldu", - deyib.

Zərif də Bərzani ilə mətbuat konfransında bölgədəki durumla bağlı danışıb:

"İraqın təhlükəsizliyini, öz ölkəmizin təhlükəsizliyi olaraq görürük. İŞİD yalnız İraq üçün deyil, bütün Yaxın Şərq bölgəsi üçün təhdiddir. Bütün ölkələr dialoq aparmaqla İŞİD terroruna qarşı mübarizə aparmalıdır".

AzNews.az
Bağla X