İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Kürd Muxtariyyətinin başçısı Məsut Bərzani və İraqın keçmiş prezidenti Cəlal Tələbani ilə görüşüb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Kürd Muxtariyyətinin başçısı Məsut Bərzani və İraqın keçmiş prezidenti Cəlal Tələbani ilə görüşüb.

İrandan “İŞİD”lə bağlı etiraf -Rəsmi açıqlama

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Kürd Muxtariyyətinin başçısı Məsut Bərzani və İraqın keçmiş prezidenti Cəlal Tələbani ilə görüşüb.


AzNews.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, İraqa səfəri çərçivəsində Ərbil şəhərində keçirilən görüşdən sonra Bərzani ilə birgə keçirdiyi brifinqdə Zərif bildirib ki, İran İraqın mərkəzi hakimiyyətinə, o cümlədən kürd idarəçiliyinə dəstək verəcək.

Zərif terrorçu "İraq Şam İslam Dövləti"i ilə də bağlı açıqlama verib: "İran İraqın ərazi bütövlüyünü tanıyır. İŞİD isə təkcə kürd, ərəb, şiələrin düşməni deyil, bu terrorçu qurup bütün bölgə ölkələrinin düşmənidir".

İranın İraqda hərbi qüvvələrinin olmadığını deyən nazir İraq mərkəzi hakimiyyəti və Kürdüstanla bu istiqamətdə əməkdaşlığın olduğunu təsdiqləyib.

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsut Bərzani isə çətin dövrdə İranın onlara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Zərif daha sonra İraqın Süleymaniyyə şəhərinə gedib.

Məhəmməd
AzNews.az