09:42
(077) 610-22-33

NATO-nun Əfqanıstandakı hərbi kontingentinə yeni komandan təyin edildi

  • >
432 27 Avqust 2014 10:33 | Dünya

NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) yeni komandir təyin olunub.



Trend-in NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, Con Kempbel (John Campbell) Azərbaycanın da əməliyatlarında iştirak etdiyi İSAF-ın yeni komandiri təyin olunub. O bu vəzifədə general Cozef Danfordu əvəz edib.

Xatırladaq ki, İSAF qoşunları bu ilin sonuna kimi Əfqanıstandan çıxacaq. Azərbaycan rəsmilərinin də öncədən bildirdiyi kimi, İSAF əməliyyatı çərçivəsində daşınan yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılıb Avropaya və digər ölkələrə daşınacaq.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 2002-ci il noyabrın 20-dən İSAF-ın Əfqanıstandakı sülhməramlı əməliyyatlarında iştirak etməyə başlayıb. Həmin dövrdən etibarən Azərbaycan Əfqanıstandakı sülhməramlı kontingentinin sayını dəfələrlə artırıb.
Hazırda İSAF əməliyyatlarında iştirak edən Azərbaycan Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətini davam etdirir.

NATO-nun sülhməramlı missiyası olan İSAF 2001-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə təsis olunub. Missiyanın məqsədləri Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təlim keçmək, ölkəyə əsas hökümət institutlarının bərpası yönündə yardım etmək və üsyançı qruplara qarşı mübarizə aparmaqdır.

AzNews.az
Bağla X