11:50
(077) 610-22-33

ABŞ Dövlət Departamenti: “Bəşər Əsəddən icazə almaq fikrimiz yoxdur“

  • >
1 014 27 Avqust 2014 12:13 | Dünya

Vətəndaşlarımızın həyatı və ABŞ-ın maraqları təhlükədədirsə, Suriya rejimindən icazə almağı düşünmürük.



APA - nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu departamentin sözçüsü Cen Psaki ənənəvi brifinqdə deyib.

"Əgər Suriyada terrorçulara qarşı əməliyyat keçirmək fikrimiz olsa, Bəşər Əsəddən icazə almağa gərək yoxdur. Hər halda bu məsələdə son sözü prezident deyəcək", – deyə Psaki bildirib.

Onun bu açıqlaması jurnalistlərin çoxsaylı suallarına səbəb olsa da, C. Psaki əlavə şərh verməkdən imtina edib. ABŞ-la Suriya arasında diplomatik əlaqələr olduğu halda nəyə görə Dəməşqə müraciət edilmədiyi barədə suala isə C. Psaki belə cavab verib: "Hazırda bu istiqamətdə bir qərar yoxdur ki, müzakirə edək. Suriyaya müdaxilə qərarı verilməyib".

C. Psaki əlavə edib edib ki, dövlət katibi Con Kerrinin prezident Obama ilə görüşü olacaq və bu görüşdə İraq, Əfqanıstan və Suriya ilə bağlı ciddi qərarların qəbul edilməsi gözlənilir.

AzNews.az
Bağla X