“Silahsız şəkildə Çin hakimiyyətinə qarşı mübarizə aparan uyğur türkləri öz topraqlarında din və vicdan azadlığının təmin olunmasını, ana dilində təhsilin, o cümlədən nəsil artırma məhdudiyyətinin aradan qaldırılmasını istəyirlər”. “Silahsız şəkildə Çin hakimiyyətinə qarşı mübarizə aparan uyğur türkləri öz topraqlarında din və vicdan azadlığının təmin olunmasını, ana dilində təhsilin, o cümlədən nəsil artırma məhdudiyyətinin aradan qaldırılmasını istəyirlər”.

“Doğu Türkistan dedikdə göz önünə qətliam və işgəncə gəlir” – Dünya Uyğur Konqresi

“Silahsız şəkildə Çin hakimiyyətinə qarşı mübarizə aparan uyğur türkləri öz topraqlarında din və vicdan azadlığının təmin olunmasını, ana dilində təhsilin, o cümlədən nəsil artırma məhdudiyyətinin aradan qaldırılmasını istəyirlər”.


AzNews.az-ın "Anadolu" İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlmanı Dünya Uyğur Konqresinin sədr müavini Seyid Tümtürk deyib.

Çində türklərə qarşı diskriminasiya siyasətinin pik həddə çatdığını deyən S. Tümtürk bildirib ki, Şərqi Türkistanda Çin hökuməti qadağaları və təhdidedici siyasəti ilə uyğur türklərini sındırmağa çalışır: "Doğu Türkistan dedikdə göz önünə qətliam, edam, insan haqlarının pozulması, zülm, işgəncə gəlir. Lakin dünya bu zülmə qarşı səssiz qalıb. Küçələrdə qadınların başörtükləri alınır, insanların oruc tutmasına, məscidə getməsinə və dinlərini yaşamasına imkan verilmir".

S. Tümtürk əlavə edib ki, Çin hökuməti Qəzzada 1 ayda öldürülənlərin sayı qədər insanı 1 gündə Şərqi Türkistanda qətlə yetirib: "Amma dünya bunu görmədi. Bir neçə gün əvvəl 8 türkistanlı soydaşımız edam edildi. Bu millətin acısını çəkəcək heç bir güc yoxdur. Yaşanan hər cür vəhşiliyə rəğmən nə İslam dünyası, nə Avropa Birliyi, nə BMT, nə də digər beynəlxalq təşkilatlardan reaksiya yoxdur".

65 ildir işğal altında olan, yaşamaq haqqı tanınmayan uyğur türklərinin sülh içində yaşamaqdan başqa bir istəyinin olmadığını deyən Tümtürk soydaşlarımızın Çinin dinsizləşdirmə cəhdlərinə qarşı iradə nümayiş etdirildiyini söyləyib: "Uyğur Muxtar Vilayətinin konstitusiyası var. Lakin bu qanuna da əməl olunmur. Biz Türkiyənin bu vəziyyətlə bağlı Çinə öz etirazını bildirməsini istəyirik".

Məhəmməd
AzNews.az
image description image description image description image description