16:50
(077) 610-22-33

Rusiya ordusu Ukraynaya girdi-Novoazovsk şəhəri rusların nəzarətində

  • >
1 784 28 Avqust 2014 07:06 | Dünya

Rusiya Silahlı Qüvvələrinin hərbi birləşmələri Ukrayna ərazisinə irimiqyaslı hücuma keçib.

AzNews.az-ın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak yerli mediaya açıqlmasında bildirib.

O deyib ki, Rusiya hərbi birləşmələri Ukrayna ərazisinə Luqansk və Donetsk vilayətləri əraqzisindən bir neçə istiqamətdə hücuma keçiblər.

Z. Şkiryak əlavə edib ki, Rusiya hərbi bölmələri Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan əraziləri işğal etməyə çalışırlar.
Döyüş bölgəsindən daxil olan yeni məlumatda isə bildirilib ki, artıq Rusiya hərbi birləşmələri Novoazovsk şəhərini ələ keçiriblər.
Ukrayna Silahlı Qüvvələrinin "Dnepr" taborunun komandiri Vladimir Şilov deyib ki, Rusiya hərbi birləşmələri Mariupol və Bolnovaxu şəhərlərini ələ keçirmək üçün hücuma keçməyə hazırlaşırlar.

Məhəmməd
AzNews.az
Bağla X