07:56
(077) 610-22-33

Donbasda rusiyalı hərbçilərin döyüşdüyü təsdiqləndi -Etiraf

  • >
1 018 28 Avqust 2014 09:10 | Dünya

“Biz heç vaxt çoxlu sayda rusiyalıların bizimlə birgə döyüşdüyünü inkar etməmişik. Onların köməyi olmadan bizim üçün döyüşmək çox çətin olardı”.



AzNews.az-ın "İtar-tass"a istinadən vediyi məlumata görə, bunu separatçı "Donetsk Xalq Respublikası"nın (DXR) baş naziri Aleksandr Zaxarçenko deyib.

O bildirib ki, "DXR" hərbi birləşmələrində 3-4 min rusiyalı döyüşçü var və onlar könüllü olaraq, "özünümüdafiə" dəstələrinə qoşulublar.

"Baş nazir" iddia edib ki, hazırda "DXR"in vahid komandanlıqda birləşən ordusu formalaşıb: "Aramızda olan rusiyalı döyüşçülərin arasında təqaüdə çıxmış peşəkar hərbçilər var. Onlar bizim azadlıq mübarizəmizə dəstək verirlər.

Aleksandr Zaxarçenko rusiyalı könüllülərin arasında ölənlərin olduğunu da etiraf edib.



Məhəmməd
AZNews.az
Bağla X