Ukrayna prezidenti Petr Poroşenko Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb. Ukrayna prezidenti Petr Poroşenko Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb.

Poroşenko Türkiyə səfərini təxirə saldı

Ukrayna prezidenti Petr Poroşenko Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb.



AzNews.az-ın məlumatına görə, bu barədə prezident özünün rəsmi internet səhifəsində məlumat verib.

O bildirilib ki, Rusiya hərbi birləşmələrinin Ukrayna ərazisinə daxil olması ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbədənkənar iclası çağırılıb: "Rusiya ordusunun ölkəmizə soxulması ilə bağlı Türkiyəyə səfərimi təxirə salmalı oldum. Təhlükəsizlik Şurasının iclasında mövcud vəziyyətdən çıxış yolları müzakirə olunacaq. Bu gün prezident öz yerində olmalıdır".

Poroşenko avropalı müttəfiqlərinə müraciət edəcəyini də qeyd edib.

Məhəmməd
AzNews.az