22:16
(077) 610-22-33

Pilotsuz təyyarə ərəb ölkələrindən birinə məxsus imiş- VİDEO

  • >
1 082 28 Avqust 2014 20:22 | Dünya

İran səmasında vurulan pilotsuz təyyarənin Azərbaycandan qalxması barədə məlumatları yayanlar təkcə 30 milyon azərbaycanlının yaşadığı İranla deyil, həm də İsraillə münasibətləri hədəf seçdiyi görünür. Baxmayaraq ki, İran tərəfi pilotsuz kəşfiyyat təyyarəsinin sahibini də, onun hansı ölkədən havaya buraxılmasını da artıq müəyyən edib.

Üstəlik, İranın "Arı" tipli zenit raket kompleksi vasitəsilə, hətta ən uzaq mənzilli raketləri belə aşkarlayıb vurmaq imkanı olduğundan Azərbaycan öz ərazisindən qonşusuna pilotsuz təyyarə göndərəcək qədər sadəlövh deyil.

ANS TV-nin məlumatına görə, əvvəlcə vurulan təyyarənin Azərbaycan məxsus olduğu bildirilir. Və bu barədə açıqlamanı verən italyan jurnalistin fikirləri cox keçmir ki, dünya mediasında yayımlanır. Ardınca isə Şamaxıda yəhüdi məzarlığının dağıdılması ilə bağlı xəbərlər yer alır. Amma hər iki məlumatın əssasız və iftira olması cox keçmir ki, həm rəsmi, həm də media vasitəsilə üzə çıxır. Azərbaycanda vətəndaşı kimi bütün konstitusion hüquqlarından istifadə etdiyini deyən dağ yəhudiləri isə bu informasiyaların təxribat xarakterli olduğunu düşünür.

Dağ yəhudiləri dini icmasının rəhbəri Boris Simonduyevin sözlərinə görə, bizim heç bir problemimiz yoxdur, belə sözlər hardan çıxır.

Ekspertlər isə bildirirlər ki, biri-birinin ardınca bir neçə təxribat xarakterli informasiyanın dünya mediasında yayılması təsadüfdən çox məqsədli plana oxşayır. Bu informasiyalar təkcə Azərbaycan-İran münasibətlərinə deyil, elə rəsmi Bakı ilə Təl-Əviv arasında əlaqələrə də kölgə salmaq istəyir.

İndi tək Azərbaycan deyil, həm İran, həm də İsrail bu informasiyaları yayan mənbənin axtarışına çıxıb. ANS-in Tehran bürosunun əldə etdiyi məlumata görə, isə İran rəsmiləri artıq pilotsuz təyyarənin kimə aid olduğunu təyin edə biliblər. Rəsmi Tehran təyyarənin ərəb ölkələrindən birinə aid olduğunu düşünür. Və yaxın dəqiqələrdə informasiya açıqlanacaq.



AzNews.az
Bağla X