11:51
(077) 610-22-33

Xərçəngin müalicəsi üçün yeni dərman yaradıldı

  • >
2 310 28 Avqust 2014 20:27 | Dünya

Latviya Üzvi Sintez İnstitutunun rəhbəri İvars Kalvinş xərçəngin müalicəsi üçün yeni preparatın təbabətdə istifadəsinə ABŞ qida məhsulları və dərman vasitələrinə nəzarət idarəsi tərəfindən icazə verildiyini təsdiqləyib. Bu dərmanın aktiv maddəsi Latviyada yaradılıb və sintezləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, yeni dərman üzərində iş 13 il əvvəl başlanıb. İvars Kalvinşin sözlərinə görə, onun ölkəsi üçün bu, tarixi andır, çünki Latviyada ixtira olunmuş və sintezləşdirilmiş dərmanın istifadəsinə ilk dəfədir ki, icazə verilib.

İvars Kalvinş deyib ki, yeni dərman xərçəngin müalicəsi üçün nəzərdə tutulub. Onun səmərəliliyi periferik T- hüceyrəli limfoma xəstəliyi olan pasiyentlərin müalicəsi zamanı yoxlanılıb. Yeni dərman yaxın vaxtlarda ABŞ-ın və Avropa İttifaqının müxtəlif klinikalarında limfomanın 11 digər formasının müalicəsində sınaqdan keçirilib.

AzNews.az
Bağla X