Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədini keçən zaman saxlanılan rus xüsusi təyinatlılarının qaytarılacağına inandığını deyib. Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədini keçən zaman saxlanılan rus xüsusi təyinatlılarının qaytarılacağına inandığını deyib.

Putindən şok açıqlama: “Poroşenko söz verib ”

Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədini keçən zaman saxlanılan rus xüsusi təyinatlılarının qaytarılacağına inandığını deyib.



AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Putin bildirib ki, həmin hərbçilər təsadüfən Ukrayna sərhəddini keçiblər.
Putin əlavə edib ki, Ukrayna prezidenti Petr Poroşenko Rusiya ordusunun desantlarının vətənlərinə qaytarılmasına söz verib:
"Dəfələrlə müxtəlif saylı Ukrayna hərbçiləri sərhədi pozaraq, Rusiyaya keçiblər. Hətta bəzən onlar silahlı da olub. Mən ciddi deyirəm və belə hadisələr dəfələrlə olub. Çünki Ukrayna-Rusiya sərhəddində heç bir qeydiyyat nişanı yoxdur".

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna hərbi birləşmələri sərhəddi keçən Rusiya xüsusi təyinatlılarını saxlayıb. Onlar ifadələrində Ukraynaya döyüşlərə qatılmaq üçün göndərildiklərini deyiblər.

Məhəmməd
AzNews.az