17:43
(077) 610-22-33

Ukraynadan qaçan rusların sayı 1 milyona çatır

  • >
1 232 30 Avqust 2014 11:34 | Dünya

Ukraynanın cənub-şərq regionundakı gərginlik səbəbindən bu ölkədən Rusiyaya köçənlərin sayı 820 min nəfəri keçib.



AzNews.az-ın xəbərinə görə, bu məlumatı Rusiya Federal Miqrasiya Xidməti yayıb.

Xidmətdən bildirilib ki, Donbasda yaşayan 130 minə yaxın ukraynalı məskunlaşmaq üçün Rusiyanın hakimiyyət orqanlarına müraciət edib.

Ukrayna vətəndaşlarından 78 mini müvəqqəti məskunlaşmaq, 33 mini Rusiya vətəndaşlıq, 22 mini isə yaşamaq üçün hakimiyyət qurumlarına rəsmi şəkildə sənəd təqdim edib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, 2014-cü ilin əvvəlindən Ukraynanın cənub-şərqində başlanan konflikt nəticəsində 2593 nəfər ölüb.

Məhəmməd
AzNews.az
Bağla X