Ebola virusuna qarşı vaksin hazırlanır

Yaxın vaxtlarda ABŞ-da Ebola virusuna qarşı vaksinin insanlar üzərində ilk sınaqları başlanacaq.

AzNews.az Ans press-ə istinadən xəbər verir ki, istehsalçı "GlaxoSmithKline" şirkəti sınaqların ilk mərhələsini artıq iki həftədən sonra keçirməyi planlaşdırır.

Əvvəllər sınaqların ilin sonunda başlanması nəzərdə tutulurdu, lakin infeksiya ətrafında yaranmış kəskin vəziyyətlə əlaqədar, sınaqları sürətləndirmək qərara alınıb.

Vaksin geni dəyişilmiş (tərkibinə Ebola virusunun geni daxil edilmiş) adenovirusdan ibarətdir. Vaksinin heyvanlar üzərində sınaqları yaxşı nəticə verib, bundan sonra alimlər həmin vasitənin effektivliyini təsdiq edə biliblər.

Qeyd etmək lazımdır ki, virus gündən-günə sürətlə artır. Dünya Səhiyyə Təşkilatının məlumatna görə, Ebola virusuna yoluxanların sayı 3069 nəfərə çatıb, 1500-dən çox insan isə dünyasını dəyişib. Virusdan ölüm göstəricisi 90 faiz təşkil edir.

AzNews.az