Unutqanlıq azyaşlı uşağın ölümünə səbəb oldu

İsveçrədə valideynin məsuliyətsizliyi səbəbindən maşında unudulub qalan yaş yarımlıq uşaq ölüb.

ANS PRESS-in məlumatına görə, valideynlərdən biri onu bağçaya verməli imiş, amma bunu etməyi unudub.

Körpə bir neçə saat La-Şo-de-Fon avtodayanacağında qapıları bağlanmış avtomobildə qalaraq dünyasını dəyişib.

"Valideynlər günün sonuna kimi bilmirdi ki, nə baş verib", - deyə yerli prokuror Mark Remi qeyd edib.

Uşağın həlak olması faktı üzrə araşdırma aparılır.

Prokurorluq İsveçrə mətbuatına hadisənin detalını bildirməkdən imtina edib.

AzNews.az