21:20
(077) 610-22-33

“Biz dövlət müstəqilliyini heç kimə təslim etməyəcəyik“

  • >
1 129 30 Avqust 2014 20:50 | Dünya

"Qazaxıstanın maraqlarına toxunulacağı təqdirdə rəsmi Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququnu özündə saxlayacaq".

Bu sensasion bəyanatla bu ölkənin prezidenti Nursultan Nazarbayev çıxış edib.

Qazaxıstanın dövlət başçısı yerli "Xabar" telekanalına müsahibəsində deyib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: "Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm".

N.Nazarbayevin sözlərinə görə, Qazaxıstan onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq: "Ən qiymətli sərvətimiz müstəqilliyimizdir. Ata-babalarımız uzun müddət məhz bunun üçün mübarizə aparıblar. Biz bu müstəqilliyi heç kimə təslim etməyəcəyik, onu qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".(Anspress)

Bağla X