Obama Netenyahu ilə İranı müzakirə etdi Obama Netenyahu ilə İranı müzakirə etdi

İran hələ vurulmayacaq

Obama Netenyahu ilə İranı müzakirə etdi



ABŞ prezidenti Barak Obama Binyamin Netenyahu ilə İran problemini müzakirə edib. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, telefon danışığında Obama İsrailli diplomatı inandırmağa çalışıb ki, İran məsələsini danışıqlar yolu ilə həll etmək üçün imkan və vaxt var.

Obama həmçinin sanksiyaların müsbət nəticəsindən də danışıb və bildirib ki, bu cür iqtisadi təzyiqlər İranı ambisyalarından əl çəkməyə vadar edəcək. Netenyahunun Obamaya hansı cavab verdiyi isə qeyd edilmir və ehtimal edilir ki, Netenyahu ABŞ prezidentinin mövqeyi razılaşıb.

Sadiq
AzNews.az