12:11
(077) 610-22-33

İŞİD karikatura qəhrəmanına çevrilir

  • >
912 1 Sentyabr 2014 22:06 | Dünya

İraq, Suriya, Livan kimi ölkələrdə onları ələ salırlar

"Associated Press" agentliyinin Bağdaddan verdiyi xəbərdə deyilir ki, hazırda Suriya və İraqın böyük ərazilərinə nəzarət edən İŞİD haqqında karikaturalar yayılıb. Xilafəti lağa qoyan karikaturalar dünya ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.

"Bu insanlar həqiqi islamın təmsilçisi deyil. Bu karikatura ilə biz hər kəsə göstərmək istəyirik ki, biz İŞİD-ın əleyhinəyik. Əlbəttə, bu çox həssas mövzudur. Amma qoy hamı görsün ki, biz İŞİD-i rədd edirik, insanlar bu xofdan uzaqlaşmalıdır", Nabil Asəf deyir. Yazıçı və naşir olaraq o, Livanın "Ktir Salbe Show" dərgisində çalışır.

Ərəb dünyasında satira və yumorun qədim kökləri olduğun bildirən agentlik vurğulayır ki, Misir rəhbərliyi yerli jurnalistlərdən xahiş edir ki, İŞİD-i "İslam Dövləti" deyə təqdim etməsinlər.

Artıq İraqın dövlət televiziyası olan "Al-İraqiya"da da bu kimi karikaturalar nümayiş etdirilmişdi.



Suriyada da İŞİD-lə bağlı komediya janrında səhnələr göstərilməkdədir.

Karikaturalar arasında Səudiyyə Ərəbistanın kralı Səud Əl Faysalin də görüntülərinə rast gəlmək olar. Əsəd rejiminin Suriyada devrilməsinə çalışan kralın İŞİD terrorçularına dəstək verdiyi söylənilir.

"Associated Press" bildirir ki, hətta İŞİD-ın kütləvi qətllər törətməsi belə komediya ustalarının oyunlarında öz əksini tapır.

Komik səhnələrin birində isə bir xristian qadın 2 nəfər İŞİD üzvü ilə qarşılaşır. Terrorçular bir-biri ilə mübahisə başlayırlar. Onların hər biri Allaha daha çox xidmət etmək üçün xristian qadını öldürmək istəyir. Komik səhnəcikdə belə bir mövzu satirik dillə təqdim olunur.

Müsavat
Bağla X