11:29
(077) 610-22-33

ABŞ prezidenti NATO-ya Ukrayna ordusunu gücləndirmək çağırışı etdi

  • >
954 3 Sentyabr 2014 18:10 | Dünya

ABŞ prezidenti Barak Obama NATO-ya Ukrayna ordusunu gücləndirmək çağırışı edib.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti son bəyanatında bildirib ki, NATO Ukrayna silahlı qüvvələrinin möhkəmlənməsinə yardım etməlidir.

"NATO Ukrayna ordusunun və təhlükəsizlik qüvvələrinin modernləşməsi üçün konkret öhdəliklər götürməlidir. Biz müttəfiqlərimizə, o cümlədən Gürcüstan və Moldovaya kömək etmək üçün daha geniş addımlar atmalıyıq", – deyə B.Obama qeyd edib.

O əlavə edib ki, alyans yeni üzvlük müraciətləri üçün "açıq qapı" buraxmalı və onları aqressiyadan qorumağa çalışmalıdır.

AzNews.az
Bağla X