03:53
(077) 610-22-33

Ukraynada atəşkəs qərarı verildi - Silahlar isə susmur

  • >
1 008 6 Sentyabr 2014 09:45 | Dünya

Ötən gün Ukraynanın cənub-şərqində atəşkəsin əldə olunması ilə bağlı Minskdə əldə olunan razılaşma əməl olunur.

AzNews.az-ın məlumatına görə, Ukrayna mediası rəsmi qurumlara istinadən yazır ki, dünən Ukrayna, Rusiya, separatçıların liderlərinin, o cümlədən ATƏT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əldə olunan atəşkəs qərarı icra olunmur.

Atəşkəs birtərəfli olaraq, rusiyameyilli separatçılar tərəfindən pozulur. Atəşkəsin əldə olunduğu saatlardan indiyə qədər qondarma "Novorossiya Respublikası"nın hərbi birləşmələri hökumət qüvvələrinin mövqelərini atəşə tutub.

Bundan başqa Rusiyaya məxsus hərbi texnika Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinə tərəf irəliləməyə çalışıblar.

Ukrayna mediası atəşkəs rejiminin monitorinqinin aparılacağına dair də xəbər yayıb.
Rusiyanın Ukraynadakı səfiri Mixael Zurabov jurnalistlərə bildirib ki, bununla bağlı bütün tərəflərin nümayəndələrinin təmsil olunacağı monitorinq qrupu yaradılacaq.
Xatırladaq ki, sentyabrın 5-də Belarusun paytaxtı Minskdə Ukraynanın Donbas bölgəsində qarşıduramalar son qoymaq, sülhün əldə olunması məqsədilə üç tərəfli görüş keçirilib.

Görüşdə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, ATƏT-in xüsusi nümayəndəsi Haydi Talyavin, Rusiyanın Ukjraynadakı səfiri Mixail Zurabov, o cümlədən qondarma "Donetsk Xalq Respublikası"nın və "Luqansk Xalq Respublikası"nın liderləri iştirak ediblər.

Məhəmməd
AzNews.az
Bağla X