Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İraq və Suriyada İŞİD-ə qarşı döyüşən ABŞ qırıcılarının Əsəd qüvvələrini vurmağından narahat olduğunu bildirib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İraq və Suriyada İŞİD-ə qarşı döyüşən ABŞ qırıcılarının Əsəd qüvvələrini vurmağından narahat olduğunu bildirib.

Rusiya: “ABŞ-ın Əsədi vurmasından narahatıq”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İraq və Suriyada İŞİD-ə qarşı döyüşən ABŞ qırıcılarının Əsəd qüvvələrini vurmağından narahat olduğunu bildirib.




Axar.az xəbər verir ki, Moskvada təşkil olunan mətbuat konfransında danışan Lavrov ABŞ-dan şübhələndiyini deyib:

"Bizim ABŞ-ın Suriya torpaqlarında yalnız "İslam Dövlətinə" qarşı hücum edəcəklərinə şübhəmiz var. Hava hücumu zamanı hökumət qüvvələrinə də hücum ola bilər".

ABŞ-ın İraqda hücum edərkən rəsmi Bağdaddan icazə aldığını, Suriyada isə buna bənzər addımın olmamasından narahat olduğunu dilə gətirən lavrov qərbin ancaq öz xeyrini güddüyünü deyib:

"NATO müəyyən kütlənin mənfəətini nəzərə alaraq bu addımı atır. Ümumiyyətlə, NATO Rusiyanı Yaxın şərqdə fəaliyyət göstərən terrorçulardan daha təhlükəli hesab edir".

ABŞ-la terrorla mübarizə mövzusunda əməkdaşlıq etməyə həmişə hazır olduqlarını deyən Lavrov bunun NATO-nun qəbul etdiyi qərarlar müstəvisində istəmədiklərini bildirib:

"Rusiya terror təhdidinə qarşı Qərb ölkələri, ö cümlədən ABŞ-la ortaq mübarizəyə hazırdır. Lakin NATO-nun qəbul etdiyi qərarlar çərçivəsində deyil. Bizim BMT Təhlükəsizlik Şurasına üzv ölkə olaraq məsuliyyətimiz var".


AzNews.az