11 sinif şagirdi məşq zamanı qəflətən öldü

Nijnevortovskda böyük tennis oyunu zamanı 16 yaşlı Maksim D. gözlənilmədən yerə yıxılıb.

ANS PRESS-in məlumatına görə, zalda olan növbətçi həkim ilk tibbi yardım göstərməyə başlayıb. Süni nəfəs verib, ürəyini masaj edib, amma bütün səylərə baxmayaraq yeniyetmə təcili tibbi yardım gələnə qədər ölüb.

"Maksimin ölümünün dəqiq səbəbi hələ ki, bilinmir. Meyitin yarılmasının nəticəsini gözləyirik", deyə ailəyə yaxın olan Yelena Şerman bildirib.

Həkimlərin fikriycə 6 ildir tennis ilə məşğul olan Maksim sağlam olub və poliklinikada qeydiyyatda olmayıb.

Qeyd edək ki, bu hadisə məktəbli şagirdlərin idman ilə məşğul zamanı baş verən ilk bədbəxt hadisə deyil.
Sentyabr ayının 4-ü Həştərxanda 19 yaşlı tələbə idman dərsi zamanı ölmüşdü. Olesa Çebotareva idman zalında bir dairə qaçdıqdan sonra huşunu itirib və həkimlər gələnə qədər ölüb. May ayında isə Permskomda 14 yaşlı Denis dünyasını dəyişmişdi.

AzNews.az