Con Kerri Türkiyəyə gedir

ABŞ dövlət katibi Con Kerri sabah Türkiyəyə işgüzar səfər edəcək.
Trend-in Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində bır sıra qlobal və regional məsələlərin müzakirə olunacağı nəzərdə tutulur.

XİN-in bəyanatında qey edilir ki, C.Kerri sentyabrın 12-13-də Türkiyədə səfərdə olacaq və XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək: "Sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə danışıqlar aparacaq".
Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməyi, həmçinin ikitərəfli əlaqələr, regional və qlobal problemlər üzrə gündəlikdə duran mövzuları nəzərdən keçirməyi planlaşdırırlar.

AzNews.az