ABŞ dövlət katibi Con Kerri Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. ABŞ dövlət katibi Con Kerri Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

ABŞ və Türkiyə İŞİD-i vuracaq

ABŞ dövlət katibi Con Kerri Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.



APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşlərdə iki ölkənin bölgədəki terror təşkilatlarına qarşı birgə mübarizəsi əsas müzakirə mövzusu olub.

Çankaya malikanəsində prezident Ərdoğanla baş tutan görüşdə İraq və Suriyadakı vəziyyət müzakirə olunub, terrorla mübarizədə kəşfiyyat məlumatlarının paylaşılması, eyni zamanda Suriya müxalifətinə logistik dəstək və humanitar yardımı davam etdirmək barədə razılıq əldə olunub.

Baş nazirlə görüş qapalı keçsə də, Ə. Davudoğlu ötən gecə "Kanal 24"-də canlı yayımda bu görüş barədə danışıb və qeyd edib ki, "İraq Şam İslam Dövləti"nə qarşı mübarizənin strategiyası müzakirə olunub: "Terror təhlükəsinə qarşı ancaq İraqda döyüşüb, Suriyada heç nə etməsək, bu böhrana yol aça bilər. İstəsək də, istəməsək də, İraq, Suriya və Livan ortaq gərginlik bölgəsinə çevrilib. Birində vəziyyəti düzəldib, digərini unutmaq olmaz. Etnik və məzhəb ayrı-seçkiliyini aradan qaldırmaq, ərəb, kürd və türkmən millətçisi olmayan şəxsləri bir araya gətirmək lazımdır".

Davudoğlu həmçinin İraq hökumətindən olan narazılıqları və hökumətin kürd muxtariyyəti ilə yaşadığı problemləri Kerri ilə müzakirə etdiyini deyib.

M. Çavuşoğlu ilə görüşdə isə bölgədə ehtiyacı olan insanlara humanitar yardım məsələsi müzakirə olunub, regional münaqişələr, İraqın yeni hökuməti və Maliki dövründə İraqda buraxılan səhvlərlə bağlı fikir mübadiləsi aparılıb.

AzNews.az