02:11
(077) 610-22-33

ABŞ səfirliyində terror: ölənlər var

  • >
1 649 16 Sentyabr 2014 09:44 | Dünya

ABŞ-ın Əfqanıstandakı səfirliyi önündə terror aktı törədilib.

Bu barədə AzVision.az "Frans Press" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, terrorçu Kabildə yerləşən səfirliyin əsas giriş qapısı yaxınlığında içərisində partlayıcı maddə quraşdırılan avtomobili partladıb. Yerli polisin verdiyi məlumata görə, terrorçunun hədəfi xarici hərbçilərin daşındığı konvoy olub. Partlayış yerində bir hərbçinin cəsədi aşkarlanıb. Terror aktı nəticəsində ölənlərin sayı dəqiqləşdirilməyib.

Terror aktın görə, məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.


AzNews.az
Bağla X