06:01
(077) 610-22-33

Prezidentin qızının həbs fotoları yayıldı

  • >
1 953 17 Sentyabr 2014 09:04 | Dünya

Ev həbsində saxlanılan Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın görüntüləri yayılıb.

"Qafqazinfo" Özbəkistan KİV-nə istinadən xəbər verir ki, yeddi aydır Daşkənddə ev həbsində saxlanılan Kərimovanın mətbuat katibi Loksli Rayan onun həbsdə saxlanılmasının siyasi çalar daşıdığını bildirib və dərhal azad edilməsini tələb edib.


Rayan qeyd edib ki, Gülnarənin ev həbsində saxlanılması İslam Kərimovun əhatəsindəki insanlar tərəfindən prezident üzərində "qeyri-sağlam" təsir güclərini saxlamaq məqsədilə atılmış addımdır:

"Lakin Gülnarə atasına olan hörmətinə görə hər zaman siyasi kampaniyalardan uzaq durub və mən təsdiq edə bilərəm ki, o, indiki Özbəkistanın siyasəti ilə tamamilə maraqlanmır".

Mətbuat katibi qeyd edib ki, Kərimova qızı İmanla birgə Daşkənddə ağır şərtlər altında saxlanılır, çox zaman ac qalırlar və tibbi yardım göstərilməsini imkan vermirlər.

Qeyd edək ki, Kərimovaya qarşı çirkli pulların yuyulması və korrupsiya ittihamı ilə İsveçrə hökuməti tərəfindən 2012-ci ildə cinayət işi açılıb.

Kərimovanın nümayəndə ölkənin Baş Prokurorluğuna müraciət etmək niyyətində olmadığını bildirir. Belə ki, ədalətli məhkəmənin keçiriləcəyinə şübhə edir.


AzNews.az
Bağla X