Krımda kifayət qədər hərbi qruplaşmanın olması üçün kompleks hərbiləşdirilmə qaçılmazdır. Bura aviasiya və donanma, eləcə də “Pançir”, “Tor”, “Buk” Hava Hücumundan Müdafiə sistemləri lazımdır. Krımda kifayət qədər hərbi qruplaşmanın olması üçün kompleks hərbiləşdirilmə qaçılmazdır. Bura aviasiya və donanma, eləcə də “Pançir”, “Tor”, “Buk” Hava Hücumundan Müdafiə sistemləri lazımdır.

Rusiya ən müasir silahlarını Krıma yerləşdirir

Krımda kifayət qədər hərbi qruplaşmanın olması üçün kompleks hərbiləşdirilmə qaçılmazdır. Bura aviasiya və donanma, eləcə də “Pançir”, “Tor”, “Buk” Hava Hücumundan Müdafiə sistemləri lazımdır.



Axar.az xəbər verir ki, bunu RİA Novosti-yə açıqlama verən rus hərbi ekspertləri deyib.

Bir müddət əvvəl Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya Ukraynadakı vəziyyət və sərhədlərində xarici hərbin qüvvələrin artması səbəbindən Krım istiqamətində hərbi qruplaşmaları artırmalıdır.

NATO rəsmisi Oana Lunqeskunun fikrincə isə, rus qoşunlarının yarımadada artması gərginliyi yüksəldəcək və Ukraynanın şərqindəki atəşkəsə şübhə altına alacaq.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Korotçenko Krımın təhlükəsizliyinin təminatına keçid kardinal şəkildə dəyişilməlidir.

"Krımın Rusiyanın tərkibinə keçməsi açıq şəkildə göstərdi ki, yarımada yeni təhlükəsizlik standartlarına ehtiyac duyur", - Korotçenko bildirib.

Ekspert başlanğıc üçün Krımdakı hərbi aerodromları yeniləmək və ora ən yeni cəbhə bombardmançıları olan Su-34 və Tu-22M3-ləri yerləşdirməyi təklif edir: "Hava hücumundan müdafiə sisteminin yaradılması üçün təcili surətdə yarımadaya S-400 zenit-raket kompleksləri yerləşdirilməlidir. Həmçinin, Krım qruplaşmasını əlavə dəniz piyadaları briqadası ilə gücləndirilməli, NATO Hərbi Dəniz Donanmasının Qara dənizdə fəaliyyətini və onlardan gələ biləcək təhlükələrin qarşısını almaq üçün Krıma səsdən sürətli "Yaxont" raketləri ilə təchiz olunmuş "Bastion" sahil raket kompleksi göndərilməlidir.


AzNews.az