18:40
(077) 610-22-33

“Poroşenkonun ABŞ-a səfəri Putinə ciddi mesajdır” - Obama

  • >
1 554 18 Sentyabr 2014 11:37 | Dünya

ABŞ prezidenti Barak Obama Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkəyə səfərini şərh edib.



AzNews.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Obama bildirib ki, P. Poroşenkonun Ağ Evə dəvət olunması Rusiya prezidenti Vladimir Putinə həm ingilis, həm rus dilində "min sözə dəyən" orijinal bir mesajdır.

Barak Obama həmçinin, Avropa İttifaqı ilə Assosiasiya Sazişinin ratifikasiyası ilə bağlı Ukraynanı təbrik edib. Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun ABŞ-a rəsmi səfəri bu gün başlayıb. Səfər çərçivəsində Poroşenko Ağ Evdə prezident Obama ilə görüşəcək.

Ukrayna prezidenti ABŞ Konqresinin birgə sessiyasında da iştirak edəcək.

P. Poroşenonun ABŞ səfərində vitse-prezident Cozef Bayden, Dövlət Katibi Con Kerri ilə ikitərəfli görüşlərinin keçirilməsi gözlənilir.

Xəyalə Mahmudova
Bağla X