04:00
(077) 610-22-33

Prezidentdən Kasilyasa xüsusi hədiyyə

  • >
654 18 Sentyabr 2014 16:53 | Dünya

Madridin "Real" futbol komandasının qapıçısı İker Kasilyasa klub prezidenti Florentino Peres xüsusi hədiyyə verib.

AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində "Bazel" (İsveçrə) ilə oyundan sonra futbolçuların otağına gedən prezident komandanı təbrik edib və Kasilyasa "Real"da çıxışının 15 illiyi münasibətilə mükafatı təqdim edib. Mükafat Kibela ilahəsinin kompozisiyasıdır.

Kompozisiyanın üzərində "İker Kasilyas 1999-2014" sözləri yazılıb.

"Real" - "Bazel" oyunu 5:1 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.

AzNews.az
Bağla X