Rusiyanın baş naziri Dmitri Medvedev Ukrayna mallarına gömrük rüsumunun tətbiqi haqqında sərəncam imzalayıb. Rusiyanın baş naziri Dmitri Medvedev Ukrayna mallarına gömrük rüsumunun tətbiqi haqqında sərəncam imzalayıb.

Medvedyevdən Ukrayna mallarına gömrük rüsumu - Sərəncam

Rusiyanın baş naziri Dmitri Medvedev Ukrayna mallarına gömrük rüsumunun tətbiqi haqqında sərəncam imzalayıb.


Aznews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Soçi -2014 forumunun plenar iclasında baş nazir özü məlumat verib. Sərəncam ərzaq, istehlak və emal sənayesi məhsullarını əhatə edir.

D. Medvedyev bildirib ki, Ukrayna qaydaları pozub, 1 yanvar 2016-cı ildən əvvəl Avropa İttifaqı ilə razılaşmanın iqtisadi hissəsini imzalasa, sərəncamda göstərildiyi kimi gömrük rüsumu tətbiqinə başlanılacaq.

"Biz bazarımıza zərər verəcək razılaşmaların vaxtından tez həyata keçirilməsinə icazə verə bilmərik" – deyə D. Medvedyev çıxışında bildirib.

Qeyd edək ki, 12 sentyabr 2014-cü ildə Ukrayna, Rusiya və Avropa İttifaqı nümayəndələri arasında razılaşma əldə olunub. Bu razılaşmaya görə Avropa Birliyi ilə Ukrayna arasında Sərbəst Ticarət Sazişi təxirə salınmışdı.

Xəyalə Mahmudova
AzNews.az