Buna səbəb federasiya rəhbərinin iki məşqçini işdən çıxarması olub Buna səbəb federasiya rəhbərinin iki məşqçini işdən çıxarması olub

Federasiya rəhbəri yumurta atəşinə tutuldu

Buna səbəb federasiya rəhbərinin iki məşqçini işdən çıxarması olub



Gürcüstanın milli güləş federasiyasının prezidenti Luke Kurtanidzeyə yumurtalı hücum olub.ans press-in məlumatına görə, idman məsələləri üzrə nazirliyə polisin köməyi ilə girə bilib. Onu yumurta atəşi tutuanlar isə yığmada kadr dəyişiklərindən narazı olan gürcü döyüşçülər olub.

Ötən həftə Kurtanidze yunan-roma güləşi üzrə Gürcüstan yığmasının baş məşqçisinin istefaya göndərilməsi haqqında qərar verib. O, bunu komandanın dünya birinciliyindəki uğursuz çıxışı ilə əlaqələndirmişdi.
Belə ki, güləşçilər birbürünc medalla kifayətləniblər.

Bu gün isə nazirlikdə yeni məşqçilərin təyinatı müzakirə edilməli idi.

İstefaya göndərilən məşqçilər və onların tərəfdarları isə bu qərarla razı deyillər. Onlar federasiya rəhbərinin özünün istefasını və vaxtından öncə seçkinin keçirilməsini tələb edirlər.