02:16
(077) 610-22-33

Ərdoğan Misir prezidenti ilə eyni masaya oturmadı

  • >
1 122 26 Sentyabr 2014 11:03 | Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının sədri Pan Gi Munun verdiyi qonaqlığa Misir prezidenti Əbdül Fəttah əs-Sisinin də dəvət olunmasına görə dəvətə qatılmayıb.



AzNews.az xəbər verir ki, prezident Ərdoğan Amerika prezidenti Barak Obamanın da dəvətli olduğu qonaqlıqda süfrə başına Misir prezidenti Sisinin də qatılacağını öyrəndikdən sonra Birləşmiş Millətlərin bu yemək dəvətinə etiraz edib.

Qonaqlığa Prezident Ərdoğanla birlikdə Amerika prezidenti Barak Obama, İspaniya kralı 6-cı Felipe, Çili prezidenti Miçelle Baçelet, Cənubu Koreya prezidenti Park Geun-hye, Meksika prezidenti Enriki Pena Nieto, Cənubi Afrika prezidenti Jacob Zuma və İordaniya kralı Abdullah bin Hüseyn dəvət edilmişdi.

Ancaq o masaya Misir xalqına zərbə endirərək hakimiyyətə gələn və Türkiyə ilə Misir əlaqələrinin pozulmasına səbəb olan Misir prezidenti Əbdülfəttah əs-Sisi də dəvət olunmuşdu. Ərdoğan ilə Sisinin oturacaqları arasında yer ayrılmış və oraya Cənubi Afrika prezidenti Zuma əyləşdirilmişdi. Vəziyyətdən xəbərdar olan Türkiyə prezidenti Ərdoğan dəvətə qatılmamaq qərarı alıb və masaya oturmayacağını söyləyib.

Ərdoğan bunun səbəbini belə açıqlayıb: "Misirdə xalqın səsverməsi ilə seçilmiş prezident xalqa zərbə endirərkən, verdikləri səsin hesabının nəticəsi nə oldu?" deyə soruşmaq istəyən günahsız insanlar öldürülərkən, Birləşmiş Millətlərin özünü demokratik ölkə adlandıran ölkələri də bunu sadəcə qıraqdan seyr edir. Əgər demokratiyadan danışırıqsa, o zaman səsvermə qutularına hörmət göstərək. Yox əgər demokratiya deyilsə, öz dövlətinə zərbəylə hakimiyyətə gələnlərin tərəfini tutsaq, o zaman Birləşmiş Millətlər nəyə lazımdır?" deyə soruşmaq istəyirəm?".

Nərmin Məmmədli
AzNews.az
Bağla X