22:16
(077) 610-22-33

Mourinyo Messini Londona apara bilmədi

  • >
765 26 Sentyabr 2014 15:27 | Dünya

Londonun "Çelsi" futbol klubunun baş məşqçisi Joze Mourinyo "Barselona"nın hücumçusu Lionel Messinin xidmətlərində maraqlı olub.



AzNews.az Trend.az-a istinadən xəbər verir ki, "Çelsi" yay transfer dövründə argentinalının transferinə görə 150 milyon avro təklif edib.Lakin L.Messi "Barselona"da qalmağa üstünlük verib. Onun klubla müqaviləsi bu ilin mayında 2018-ci ilədək uzadılıb.

Qeyd edək ki, dünyada ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən nəhəng oyunçusu kimi qiymətləndirilən Messi Qızıl top mükafatını dörd dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını üç dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində altı dəfə İspaniya La Liqasının, iki dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.

Messi UEFA Çempionlar Liqası yarışlarında ardıcıl dörd dəfə bombardir olan ilk və yeganə oyunçudur, həmçinin Messi yarış tarixində ən çox het-trik müəllifi olma rekordunu da özündə saxlayır. 2012-ci ilin martında Messi Çempionlar Liqasında ilk dəfə bir oyuna 5 qol vurmaqla tarixə düşdü. O, həmçinin Joze Altafininin Çempionlar Liqasında bir mövsümdə 14 qol vurma rekorduna da şərik çıxdı. Messi 2011-2012 mövsümündə 72 qol vuraraq Avropada yeni rekord müəyyənləşdirdi. Həmin mövsüm bir mövsümdə altı müxtəlif yarışda həm qol vurub, həm də məhsuldar ötürmə etməklə futbol tarixində ilkə imza atdı. 16 fevral 2013-cü ildə Messi "Barselona" karyerasında 300-cü qolu vurdu. 30 mart 2003-cü ildə Messi ardıcıl 19 La Liqa oyununda fərqləndi. Bununla o, peşəkar futbol yarışında bütün rəqib komandalara qol vurmaqla tarixi düşdü. Messi ardıcıl 21 liqa oyununda qol vurmaqla öz rekordunu yenilədi və yalnız zədə bunun davamını gətirməyə mane oldu. 23 mart 2014-cü ildə "Real Madrid"ə qarşı oyunda het-trik edərək El-Klassikolarda ən çox het-trik edən futbolçu adına yiyələndi.

Messi 2005-ci ildə FİFA 20 yaşadək futbolçular arasında Dünya Kuboku yarışında Argentina millisinin heyətində çıxış etdi, turniri ən yaxşı oyunçu və bombardir kimi tamamladı. 2006-cı ildə o, FİFA Dünya Kubokunda oynayan ən gənc argentinalı oyunçu kimi tarixə düşdü və həmçinin 2007-ci ildə Kopa Amerikada finalçı oldu, bu yarışda da Messi ən yaxşı gənc oyunçu seçildi. 2008-ci ildə Argentina Olimpiya milli futbol komandası ilə Olimpiya çempionu olaraq ilk uğurunu qazandı. SportsPro qəzeti Messini dünyada ən dəyərli ikinci oyunçu kimi qiymətləndirib. İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona Messini öz xələfi kimi göstərib.

AzNews.az
Bağla X