Dünyada baş verən müharibələr səbəbindən ölkəsini tərk edənlərin sayı durmadan artır. Dünyada baş verən müharibələr səbəbindən ölkəsini tərk edənlərin sayı durmadan artır.

330 min 700 nəfər ölkəsindən qaçıb - BMT

Dünyada baş verən müharibələr səbəbindən ölkəsini tərk edənlərin sayı durmadan artır.

BMT- ölkəsindən qaçanlar Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyaya qaçıb
BMT qaçqınlar agentliyinin bildirdiyinə görə, inkişaf etmiş ölkələrdə sığınacaq əldə etməyə çalışan qaçqınların sayı 25 faiz yaxın artıb və bu, əsasən İraq və Suriyadakı müharibələrdən qaynaqlanıb.

AzNews.az xəbər verir ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bu gün açıqladığı hesabatda deyilir ki, bu ilin ilk 6 ayında 330 min 700 insan qaçqınlıq statusu almağa çalışıb. Hesabatda bu rəqəmin 2013-cü ilin eyni periodu ilə müqayisədə 24 faiz çox olduğu yazılıb.

Agentliyin məlumatına görə, tendensiya davam etsə, 2014-cü ildə bu rəqəm 700 min nəfərə çata bilər ki, bu da inkişaf etmiş ölkələrdə son 20 ildə ən yüksək göstərici ola bilər. Belə ki, 1990-cı illərin Balkan müharibəsindən belə belə bir göstərici qeydə alınmayıb.

BMT-nin hesabatında deyilir ki, qaçqınlıq statusu əldə etməyə çalışanların üçdə ikisi 6 ölkəyə - Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyaya qaçıb.


AzNews.az