İŞİD terror qruplaşması getdikcə Türkiyə sərhədinə yaxınlaşmaqdadır. İŞİD terror qruplaşması getdikcə Türkiyə sərhədinə yaxınlaşmaqdadır.

İŞİD Türkiyə sərhəddində bayrağın asdı- VİDEO

İŞİD terror qruplaşması getdikcə Türkiyə sərhədinə yaxınlaşmaqdadır.


ANS PRESS-in məlumatına görə, Suriyada döyüşən İŞİD-çilər Türkiyə sərhədinin 250 metrliyində bayraqlarını havaya qaldırıblar. Belə ki, İŞİD-çilər sərhədə yaxın ərazidə yerləşən Suriyanın Ziyarət kəndini ələ keçirib.

Kənddə 3 nöqtədə bayraqlarını dalğalandırıb. Bu, Suriya sərhədində yaşayan Türkiyə vətəndaşlarını da narahat etməyə başlayıb.

Kənddə mütəmadi güllə və partlayış səsləri eşidilir. Ziyarət kəndində hələ də kürdlərlə İŞİD-çilər arasında döyüşlər gedir.

Sərhədə yaxın ərazidə yaşayan türklər deyirlər ki, Ziyarət kəndində gedən döyüşlər zamanı onların evlərinə də güllələr dəyir. Elə bir neçə gün əvvəl də Suriya ərazisindən Türkiyə tərəfə top mərmisi düşmüşdü.

İŞİD-çilər Türkiyə sərhədinin 250 metrliyində yerləşən kəndi ələ keçirdiyi üçün Türkiyə Silahlı Qüvvələri sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.



AzNews.az