İspaniyanın Kataloniya vilayətinin rəhbəri Artur Mas muxtariyyatın müstəqilliyinə dair referendumun keçirilməsi haqqında sərəncam imzalayıb. İspaniyanın Kataloniya vilayətinin rəhbəri Artur Mas muxtariyyatın müstəqilliyinə dair referendumun keçirilməsi haqqında sərəncam imzalayıb.

Kataloniya ayrılmaq üçün daha bir addım atdı

İspaniyanın Kataloniya vilayətinin rəhbəri Artur Mas muxtariyyatın müstəqilliyinə dair referendumun keçirilməsi haqqında sərəncam imzalayıb.



AzNews.az xəbər verir ki, sərəncama əsasən, noyabrın 9-na təyin olunan referendumda Kataloniyanın 16 yaşı tamam olmuş sakinləri iştirak edə bilərlər.
İspaniya mərkəzi hökuməti isə belə bir referendumun keçirilməsinin qarşısını almağa çalışır. İspaniya Dövlət Şurasının Daimi komissiyası bununla əlaqədar olaraq sentyabrın 28-də təcili toplantı keçirib. Qurumun növbədənkənar iclasında Kataloniya rəhbərliyinin addımları müzakirə olunub və bu addımın İspaniya Konstitusiyasına zidd olması barədə qərar qəbul edilib.

Məşvərətçi orqanın bu qərarı yekdilliklə qəbul olunub və sənəd sentyabrın 29-da baş nazir Mariano Raxoyun rəhbərliyi ilə İspaniya Nazirlər Şurasının növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.